Önəm Muzeyi

Önəm Muzeyi dünyanın bir çox salonu olan bir muzeydir. Hər hansı bir muzeydə olduğu kimi, bu salonların bəziləri digərlərindən daha qalıcıdır. Yeni salonlar açılır, mövcud salonlar zəbt olunur və funksiyalarını dəyişdirir, bəzi salonlar tərk edilip və bağlanmışdır

Oxumaq üçün hazırlanmış salonlar var. Rəqs etmək üçün hazırlanmış salonlar var. Dülgərlik, tərəvəz yetişdirmək, elmlə məşğul olmaq üçün salonlar var. Bəzi salonlar “hər hansı” salonlardır.

Hər kəs Muzeydə bir salon aça bilər. Sadəcə necə bir salon açmaq istədiyinizi təklif etməniz. Hər kəs Muzeydə bir salon tuta bilər. Sadəcə, orada nə etmək istədiyinizi bizə söyləməkdir.

Önəm Muzeyinin əsas məqsədi sosial münasibətlər yaratmaq və qorumaqdır. Münasibətlər obyektləri ehtiva edə bilər və ya daxil edə bilməz, lakin sənət əsərlərinin kataloqlaşdırılması və arxivləşdirilməsində rol almamaktadir. Baxım Muzeyində Önəm yoxdur.

Muzeydə vaxt keçirmək üçün sənətkar olmağınıza ehtiyac yoxdur. Muzeydə qalmaq pula başa gəlmir. Muzey önəm münasibətlərini inkişaf etdirərək kollektiv azadlığımızı genişləndirən hər kəsə açıqdır: insanlara və heyvanlara, materiallara və ətrafa önəm.

Önəm Muzeyindəki salonlar sakinləri tərəfindən kurasiya edilir. Bu salonlar davamlı olaraq yenidən hazir olunur; daimi kolleksiya ve sakinləri yoxdur. Önəm Muzeyi, içəridə olduğu kimi xaricindədə fərqli salonlara keçə bilən təkrarlanan kollektiv təcrübələrin inkişafına Əhəmiyyət verir. Önəm Muzeyi içəridə bitməməktedir.

Aleksandr Boqdanovun Proletkultu kimi, Önəm Muzeyi də muzey və ya sənətkar olmağı yenidən düşünmək, abidələrdən çox azadlıq və önəm üçün firsatlar yaratmaq istəyir. Önəm Muzeyində sənət simvolikanın zirvəsi və ya toxunulmayan əsərlərin səhnəyə qoymaq deyil, daha yaxşı dünyalar qurma praktikasıdır. Hər kəs abidələrə və şah əsərləre yönəltdiyimiz eyni diqqətə ve önəme əbədi olaraq layiqdir.

Tərcümə edən Sevda Farokhi